XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Avqust 2017 - 12:22

Manat dollara nisbətən möhkəmlənib –3,94%

Bu ilin əvvəlindən manat dollara nisbətən 3,94% möhkəmlənib.

Cari ilin ilk iş günündə 1,7707 manat olan 1 dollar bu gün 1,7009 manat səviyyəsindədir.

İl ərzində dolların məzənnəsi ilk dəfə olaraq bu həddədək geriləyib.

Qeyd edək ki, dollar manata nisbətən iyulun 5-dən etibarən ucuzlaşmağa başlayıb. Həmin gün dolların məzənnəsi 1,7022 manat olub. Ümumiyyətlə, iyulda dollar manata nisbətən 0,07% zəifləyib.

Mərkəzi Bankın təqdim etdiyi rəqəmlərin təhlili göstərir ki, dolların məzənnəsi 2016-cı ilin noyabr ayının 15-dən qeydə alınan minimuma yaxındır. Belə ki, həmin gün USD/AZN rəsmi məzənnəsi 1,6954 səviyyəsində idi.

Qeyd edək ki, bu gün Azərbaycan Mərkəzi Bankında Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçiriləcək.

APA