Brent markalı neftin qiyməti 5,77% artaraq hər barrel üçün 58,12 dollar olub
Aprelin 6-da Nyu-York əmtəə-xammal birjasında ticarət neftin qiymətinin qalxması ilə başa çatıb.
Strateq.az xarici KİV-ə əsasən bildirir ki, WTI markalı neftin qiyməti 3 dollar (6,11%) artıb hər barrel üçün 52,14 dollar təşkil edib. Brent markalı neftin qiyməti isə 5,77% qalxaraq hər barrel üçün 58,12 dollar olub.
Ekspert və analitiklər qiymətlərin qalxmasını, əsasən, üç səbəblə izah edirlər: dolların kursunun dünya valyutalarına nisbətdə düşməsi, Səudiyyə Ərəbistanının asiyalı müştərilər üçün qiyməti qaldırması (hər barreldə 0,3 dollar) və İrana qarşı tətbiq edilmiş sanksiyaların götürülməsinin ləngimsəi.