XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

02 August 2017 - 17:44

Azərbaycanda Rusiya maşınlarının satışı 40 faiz azalıb –Şirkət hesabat açıqladı

2016-cı ildə "Xəzər-Lada" ASC-nin Rusiya istehsalı avtomobil satışından gəlirləri 15 milyon manat təşkil edib və ötən ilə nisbətən 41,3% azalıb.

Bu barədə şirkətin illik hesabatında bildirilib. Amma satışın maya dəyəri gəlirdən 8 min manat çox olub. "Xəzər-Lada" ASC digər əməliyyat gəlirləri hesabına 788 min manat mənfəət əldə edib. Əməliyyat və başqa xərclər nəzərə alınmaqla şirkətin illik mənfəəti 2015-ci ildəki qədər – 500 min manat olub. (Turan)