XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 06:15

Neft 40 dollardan aşağı düşdü

Dünya bazarında neftin qiymətləri kritik həddən aşağı düşüb.

Strateq.az xəbər verir ki, hazırda “BREND” markalı “qara qızıl”ın bir bareli 39.40 ABŞ dollarına satılır.

Neftin qiymətinin hansı səbəblərdən aşağı düşməsi də maraq doğurur

azadlıq.org “The Economist” məcmuəsinə istinadən yazır ki, neftin qiymətini üç faktor müəyyən edir: təchizat və tələb və qismən də gözlənti. Tələbat birbaşa iqtisadi fəallıqla bağlıdır. Fəallıq aşağıdırsa, demək neftin qiyməti də aşağı olacaq.

“The Economist” indi ümumi mənzərəyə təsir edən dörd amilə də diqqəti çəkir:

Birincisi, tələb ona görə aşağıdır ki, iqtisadi fəallıq azalıb, xərclər artıb və qeyri-neft yanacaq növlərindən istifadə yüksəlib.

İkincisi, İraq və Liviya kimi iki nəhəng neft istehsalçısının ərazisində baş verən hərbi-siyasi təlatümlər günə 4 milyon barrel neft verən bu oyunçuları hələlik ofsaydda saxlayıb.

üçüncüsü, Amerika dünyanın ən böyük neft istehsalçısına çevrilib. Doğrudur, ABŞ hələlik neft ixrac etmir, lakin əvəzində onun neft idxalı azalıb və deməli, bazarda müştərisiz daha artıq neft qalıb.

Nəhayət dördüncüsü, Səudiyyə və onun Körfəz müttəfiqləri qiymətlərin qalxması xatirinə bazardakı paylarını qurban verməmək qərarına gəliblıər. Onlar istehsalı azaltsalar, bundan faydanı onların əsas rəqibləri olan İran və Rusiya götürəcək.

Rusiya və İrandan fərqli olaraq Səudiyyənin iqtisadiyyatı aşağı qiymətlərə də tab gətirə bilər.