XƏBƏR LENTİ

01 Oktyabr 2020
30 Sentyabr 2020

Digər Xəbərlər

11 Dekabr 2015 - 07:37

Nazirlikdə ciddi korrupsiya aşkarlandı – Kollegiya rəsmi qərar verdi

Azərbaycan Respublikası Hesablama Palatasının Kollegiyası Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Tovuz rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi (Mərkəz) tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin istifadəsi ilə bağlı auditin nəticələrini müzakirə edib.

Strateq.az xəbər verir ki, yoxlama qrupunun rəhbəri ü. Mürşüdovun tətbiq edilmiş audit metodları və araşdırılmış istiqamətlər üzrə məlumatı dinlənildikdən sonra fəaliyyət istiqaməti üzrə məsul auditor M.Əlişanova əldə edilmiş nəticələri və auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdırıb. 

Auditor bildirib ki, ünvanlı dövlət sosial yardımının təyin edilməsi zamanı Mərkəz tərəfindən bir sıra hallarda sənədlərin qəbulu və onlara baxılması üzrə qanunvericiliyin tələblərinə əməl edilməmiş, ailənin ümumi gəlirinin hesablanılması zamanı nöqsanlara yol verilmiş, bəzi hallarda ailə tərkibində dəyişikliklər nəzərə alınmadan və  ailənin istifadəsində nəqliyyat vasitəsinin olması tam araşdırılmadan təyinat aparılıb.

Bundan başqa, auditor sosial müavinətlər və təqaüdlər üzrə bir sıra hallarda işlərin vaxtında dayandırılmaması, müxtəlif səbəblərdən dayandırılmış işlər üzrə qeydiyyat və uçotun düzgün aparılmaması hallarına yol verildiyini bildirərək müharibə veteranlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, ümumi səbəbdən əlillərə əmək pensiyası hüququ qazandıqdan sonra da sosial müavinət ödənilməsi, müavinətin təyinatının müddətinin və məbləğinin düzgün müəyyən olunmaması kimi nöqsanların mövcud olduğunu qeyd edib. 

Auditor nəzarət tədbirinin nəticələri ilə bağlı auditor rəyində əks etdirilmiş tövsiyələri diqqətə çatdıraraq, ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı sənədlərin qəbulu və onlara baxılması mövcud qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməsi, ailənin gəlirlərinin düzgün və tam olaraq nəzərə alınması, əmək pensiyası hüququnun yaranması ilə əlaqədar sosial müavinət almaq hüququnun itirilməsi ilə bağlı qanunvericiliyin tələblərini təmin etmək məqsədi ilə aidiyyəti qurumlarla mütəmadi məlumat mübadiləsinin aparılması üçün fəaliyyətin gücləndirilməsi məqsədəmüvafiqdir.

Sonda nəzarət tədbirinin nəticələri üzrə Kollegiya Qərarının layihəsi müzakirə edilərək, qərarla bağlı Kollegiya üzvlərinin təklif və iradları dinlənilib. 

Kollegiya qərarı səsə qoyularaq qəbul edilib.