XƏBƏR LENTİ

05 Mart 2021
04 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 11:25

Bank sektorunun mənfəəti 52 faiz azalıb –Palatadan hesabat

2017-ci il iyulun 1-nə bank sektorunun xalis mənfəəti 84,9 mln. manat təşkil edib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı hesabata görə, may ayı ilə müqayisədə iyunda bank sektorunun mənfəəti 93,3 mln. manat  və ya 52,4% azalıb. 

Bu ilin altı ayında bankların faiz gəlirləri 1 mlrd. 7,3 mln. manat, faiz xərcləri isə 482,7 mln. manat olub.

Qeyd edək ki, hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 408,9 mln. manat vəsait ayrılıb.

APA