XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 11:42

AMB:"İnflyasiyanın yüksəlməsi gözləntiləri səngiyib"

"2017-ci ilin birinci yarısında aylıq inflyasiya tempinin azalması müşahidə edilib, inflyasiyanın yüksəlməsi gözləntiləri səngiyib".

"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-iyun ayları üzrə Pul Siyasəti İcmalında bildirilir.
"Dövr ərzində inflyasiyaya nominal effektiv məzənnə, gözlənti və inersiya, əsas partnyor ölkələrdə gedən inflyasiya prosesləri, inzibati qiymətlər, mövsümi və s. amillər təsir göstərib. Qiymətləri dövlət tərəfindən tənzimlənən məhsullar və xidmətlər, həmçinin mövsümi xarakter daşıyan kənd təsərrüfatı məhsulları nəzərə alınmadan hesablanan orta illik baza inflyasiya 2017-ci ilin yanvar-iyun aylarında 13,2% təşkil edib.

Qeyd olunduğu kimi, dövr ərzində istehlak qiymətlərinin dəyişiminə təsir göstərən amillərdən biri gözləntilər olub. Bir sıra xərc amillərinin təsiri ilə bəzi sahələrdə inflyasiya gözləntiləri yüksəlsə də, ümumilikdə dövr ərzində gözləntilərdə daha çox azalma meyilləri müşahidə olunub. Belə ki, Mərkəzi Bank tərəfindən müntəzəm aparılan real sektorun monitorinqinin nəticələrinə əsasən 2017-ci ilin 6 ayında ticarət sektorunda növbəti 3 ay üzrə qiymət gözləntiləri məişət avadanlıqları və avtomobil seqmentində aşağı düşци, mebel seqmentində isə nisbətən sabit qalıb. Xidmət sektorunda ümumi qiymət gözləntisi bütün sahələr üzrə aşağı düşüb. Bu daha çox nəqliyyat, otel, səhiyyə və kommunikasiya seqmentlərində özünü göstərib. Emal sənayesində isə qida və içki, kimya, tekstil, maşınqayırma, plastik kütlə seqmentləri üzrə qiymət gözləntiləri aşağı düşüb. Yalnız tikinti sektorunda qiymət gözləntiləri nisbətən yüksəlib", – deyə, AMB-nin Pul Siyasəti İcmalında vuröulanıb.