XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

05 Avqust 2017 - 17:34

Səudiyyəli nazir məşhur hedcinq fondları ilə qlobal neft bazarındakı vəziyətimüzakirə edib

Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih iyulda dünyanın ən əsas hedcinq fondları ilə görüşlər keçirib.

Azərtac “bloomberght.com” istinadla xəbər verir ki, nazir ötən ay məşhur hedcinq fondlarından bəziləri ilə görüşərək bazarın vəziyyətinə dair investorların fikirləri barədə maraqlanıb. Görüşlərdə dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistanı investorların qlobal neft bazarındakı rolunu yenidən nəzərdən keçirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı daha əvvəllər hedcinq fondlarını Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) bazarda sabitliyin təmin olunmasına dair səylərinə mənfi təsir edən qurumlar kimi qiymətləndirərək pisləmişdi.