XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

08 Aprel 2015 - 06:02

Rusiya islahatlara başlamasa, daha 10 il geri düşəcək

1tv.ru

ölkə 2020-ci ildə 2010-cu ilin səviyyəsinə qayıda bilər

Ali İqtisadiyyat Məktəbinin (Moskva) ekspertləri bildiriblər ki, Rusiya iqtisadiyyatı 10 il geri düşüb.

Strateq.az Rosbalt.ru-ya isnadən bildirir ki, Rusiya 2020-ci ildə 2010-cu ilin səviyyəsinə qayıda bilər.

Ekspertlər hesab edirlər ki, Rusiyanı ancaq modernləşmə xilas edə bilər. İndiki halda söhbət istehsalın artmasından gedir. Neft qiymətləri, faktiki olaraq, daha ölkə iqtisadiyyatına təsir göstərmir. Buna görə də sosial siyasətin yeni modeli tələb olunur.

Lakin müşahidəçilər hesab edirlər ki, Duma və prezident seçkilərinə görə islahatlar təxirə salına bilər, buna görə də yaxın illərdə iqtisadi islahatlar keçirilməyəcəyinə görə ölkənin böhrandan çıxması çətinləşəcək. Sanksiyalar isə texnologiya və kapital cəlb etmək yönündə əlavə ciddi çətinliklər yaradır.