XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 December 2015 - 22:14

ABŞ büdcəsi noyabr ayında – 65 milyard dollar kəsirlə icra olunub

abs ev.jpg

 

ABŞ-ın federal büdcəsinin noyabr ayında 65 milyard dollar kəsiri olub. Bu da ötən ilin oxşar dövrü ilə müqayisədə 15% çoxdur.

Strateq.az-ın “Röyters” İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Xəzinadarlıq Nazirliyi açıqlama verib.

Təhlilçilərin proqnozuna görə, Amerikanın büdcə kəsiri ötən ay üçün 68 milyard dollara çatacaq.

Amerikanın büdcə kəsiri 2014-cü ilin noyabr ayında 57 milyard dollara çatmışdı. Bu ölkənin büdcə kəsiri hazırkı maliyyə ilində 201 milyard dollardır. Amerikanın ötən ayda gəliri 205 milyard dollar və xərci isə 270 milyard dollar olub.