XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

12 August 2017 - 16:46

Ötən il SOCAR-ın neft-qaz gəlirləri nə qədər olub?- Rəsmi

Ötən il SOCAR-ın neft-qaz üzrə gəlirləri 3,7 milyard manat təşkil edib.

Azərtac xəbər verir ki, bu barədə şirkətin 2016-cı il üzrə maliyyə hesabatında deyilir. 2016-cı il dekabrın 31-nə SOCAR-ın neft-qaz üzrə gəlirləri 3 milyard 704 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 749 milyon manat təşkil edib. Şirkətin ötən il emal üzrə gəlirləri 3 milyard 355 milyon manat, bu sahədəki xalis mənfəəti 781 milyon manat olub.

Keçən il SOCAR-ın tikinti üzrə gəlirləri 1 milyard 934 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 557 milyon manat təşkil edib. Hesabat dövründə şirkətin satış və paylaşdırma üzrə gəlirləri 62 milyard 355 milyon manat, bu sahədə illik xalis mənfəəti isə 67 milyon manat olub.

Şirkətin neft və qaz hasilatı obyektlərinin istismardan çıxarılması, o cümlədən ləğv etmə və sahənin bərpası xərcləri ilə bağlı təxmin edilmiş öhdəliyi 2016-cı il dekabrın 31-nə 968 milyon manat təşkil edib.

“Hasilatın həcmi SOCAR-ın istismar etdiyi yataqlardakı hasilatın təxmin edilən həcmi yataqlar ilə bağlı ətraflı məlumatlara əsaslanır və uzunmüddətli planlaşdırma prosesinin bir hissəsi kimi rəhbərlik tərəfindən təsdiqlənmiş yataqlar üzrə inkişaf planlarını nəzərə alır. Təxminlərə görə ümumi hasilat növbəti 20 il üçün 10 faiz azalsaydı, bu 192 milyon manat əlavə dəyərsizləşmə xərcinin yaranması ilə nəticələnərdi”, – deyə hesabatda bildirilir.