XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 December 2015 - 05:32

2016-cı ildə qızıl 955 dollara düşə bilər – Proqnoz

qizil.jpg

Soceiete Generale, qızılın Fedin bu həftə faiz artıracağı və gələn il üç dəfə faiz artırımına gedəcəyi proqnozuna müvafiq olaraq, 2016-cı ilin sonunda 955 dollara düşəcəyini qeyd edib.

Societe General SA-ya görə, qızıl Fed-in “qəza zədəsi” olacaq.

Bu hədəf, qiymətlərin 10 faiz düşərək, 2009-cu ilin sentyabr ayından bu yana görülən ən aşağı səviyyəyə enəcəyini işarə edir.

Qızıl, ABŞ Mərkəzi Bankının (Fed)  təxminən 10 il sonra ilk dəfə faiz artımına getməyə hazırlaşması və bunun nəticəsində dolların dəyər qazanması və qızılın cazibəsinin azalması ilə, ardıcıl üç ildir ucuzlaşır.

Treyderlər, Federal Açıq Bazar Komitəsinin (FOMC) 15-16 dekabr toplantısında faizləri artırması ehtimalını 76% olaraq görürlər.

Qızılın unsiyası Bakı vaxtı ilə 09:00-da  1,063 dollar olub və bu 2015 ildə 10%-lik bir ucuzlaşmaya işarə edir. Qiymətlər 3 dekabrda 1,046.44 dollar ilə fevral 2010-dan bu yana ən aşağı səviyyəsini görmüşdü.

Bloomberg-in sorğusuna qatılan analitiklərə görə, 2016-cı ildə qızıl, buğda və qazın qiymətləri yüksələcəkdir.