Bu il, noyabrın 1-nə olan məlumata görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1504,7 min nəfər olub. Dövlət Statistika Komitəsindən fins.az-a bildirilib ki, bunun 877,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 626,8 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Muzdla işləyənlərin 22,3%-i təhsil, 18,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 12,1%-i sənaye, 8,9%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5% tikinti, 4,9%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,8%-i informasiya və rabitə, 17,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
2015-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6% artaraq, 462 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də tikinti sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.
Strateq.az