XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 11:26

Dövlət büdcəsinin gəlirləri və xərcləri açıqlandı- Rəqəmlər

budce.png

Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən, bu ilin yanvar-iyul aylarında dövlət büdcəsinin gəlirləri 9 milyard 410,7 milyon manat, xərcləri isə 9 milyard 765,6 milyon manat təşkil edib. Büdcənin icrasında 354,9 milyon manatlıq və ya ümumi daxili məhsulun 0,9 faizi qədər kəsir yaranıb.

Dövlət Statistika Komitəsindən Azərtac-a bildiriblər ki, yanvar-iyun aylarında isə dövlət büdcəsinə 7 milyard 724,8 milyon manat vəsait daxil olub, büdcədən müxtəlif sosial-iqtisadi tədbirlərin maliyyələşdirilməsinə 8 milyard 193,7 milyon manat xərclənib. Büdcənin icrasında yaranmış 468,9 milyon manatlıq kəsir ümumi daxili məhsulun 1,5 faizini təşkil edib. Daxilolmaların 20 faizi əlavə dəyər vergisi, 15,9 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 6,5 faizi fiziki şəxslərin gəlir vergisi, 3,4 faizi aksizlər, 11,4 faizi digər vergilər, 42,8 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.

Büdcə vəsaitlərinin 24,3 faizi iqtisadiyyatın inkişafı və tənzimlənməsinin, 14,9 faizi sosial müdafiə və sosial təminat, 16,1 faizi ümumi dövlət xidmətləri, 15 faizi təhsil və səhiyyə sahələrinin, 29,7 faizi isə digər sahələrin maliyyələşdirilməsinə xərclənib.