XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

16 Avqust 2017 - 13:37

Vergidən yayınma hallarına qarşı tədbirlər hazırlanacaq- Nazirlik

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası əsasında Vergilər Nazirliyi tərəfindən hazırlanmış “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün” Strateji Planda nəzərdə tutulan “Transfer qiymətlərinin tənzimlənməsi sahəsində qanunvericilik bazasının və inzibati nəzarət mexanizmlərinin yaradılması” mövzusunda Tvinninq layihəsi təklifi aidiyyəti üzrə təqdim edilib.
 
“APA-Economics”in məlumatına görə, vergilər nazirinin müavini İlkin Vəliyev deyib ki, bu layihənin vergitutma bazasının genişləndirilməsində rolu və aktuallığı baxımından Avropa Komissiyası tərəfindən müsbət qarşılanıb. Nazir müavini əlavə edib ki, hazırda “Transfer qiymətlərin müəyyən edilməsi və vergidən yayınma hallarına qarşı tədbirlərin işlənib hazırlanmasında Azərbaycan Respublikası Vergilər Nazirliyinə dəstək” adlı Tvininq layihəsinin həyata keçirilməsi ilə bağlı tenderin keçirilməsi və tərəfdaş ölkələrin müəyyən olunması istiqamətində Avropa Komissiyası ilə danışıqlar aparılır: “Bu layihənin əsas məqsədi transfer qiymətləri ilə bağlı praktiki məsələlərin inzibatçılığına dair Avropa İttifaqı ölkələrinin uğurlu təcrübəsini öyrənmək və gələcəkdə mövcud qaydaları daha da təkmilləşdirməkdir”.
 
Qeyd edək ki, müxtəlif vergitutma normaları olan ölkələrdə fəaliyyət göstərən yerli və xarici şirkətlərin apardıqları kommersiya əməliyyatlarında vergidən yayınma hallarına yol verilməsi risklərinin qarşısının alınması üçün ən yaxşı mexanizmlərdən biri transfer qiymətlərinə nəzarətdir. Transfer qiymətinin tətbiqinin məqsədi bir-biri ilə qarşılıqlı əlaqəli şəxslər (şirkət və onun daimi nümayəndəliyi, eyni təsisçisi olan şirkətlər və s.) tərəfindən həyata keçirilən  əməliyyatların bazar qiymətləri prinsipinə uyğun aparılmasına nəzarət etmək və vergitutma bazasının azaldılmasının qarşısını almaqdır.
 
Xatırladaq ki, Vergi Məcəlləsinə əsasən, transfer qiymətləri təqvim ili ərzində yalnız ümumi dəyəri 500 000 manatdan artıq olan əməliyyatlara tətbiq olunur və mənfəət vergisinin məqsədləri üçün istifadə edilir.