XƏBƏR LENTİ

08 Mart 2021
07 Mart 2021
06 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 16:40

“Azeri Light” neftinin hasilatı azalıb –"BP Azərbaycan"dan hesabat

2017-ci ilin birinci yarısında "Azəri-Çıraq-Günəşli" (AÇG) layihəsinə təqribən 230 milyon dollar əməliyyat məsrəfləri və 601 milyon dollar əsaslı məsrəflər xərclənib.

Bu barədə "BP Azərbaycan"ın ilin 6 ayının yekunları üzrə hesabatında deyilir.

İlk altı ay ərzində AÇG-dən stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. Birinci yarımildə AÇG-dən ümumi hasilat – "Çıraq" (56 000), "Mərkəzi Azəri" (129 000), "Qərbi Azəri" (116 000), "Şərqi Azəri" (77 000), "Dərinsulu Günəşli" (120 000) və "Qərbi Çıraq" (87 000) platformalarından birlikdə – gündə orta hesabla 585 000 barel və ya ümumilikdə 106 milyon bareldən artıq, yəni 14 milyon tondan artıq təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 16 milyon ton olub.

Birinci yarımilin sonunda AÇG-də ümumilikdə 112 neft hasilat quyusu və 48 qaz və su injektor quyusu istismarda olub. Bu dövr ərzində AÇG-də 11 neft hasilat quyusu, 2 suvurma quyusu qazılıb.

Bundan başqa, 2017-cı ilin birinci yarısında AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 10 milyon kubmetr, ümumilkdə isə 1,8 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.

AÇG-də iştirak payları: BP (operator – 35,8%), SOCAR (11,6%), Şevron (11,3%), İNPEKS (11%), Statoyl (8,6%), ExxonMobil (8%), TPAO (6,8%), İTOÇU (4,3%), ONGC Videş Limited (OVL) (2,7%)

Trend