XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

17 Avqust 2017 - 23:53

Azərbaycan nefti bahalaşdı –0,61 dollar/barel

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 16-da 52,99 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,61 dollar/barel çoxdur.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 16-da 52,45 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,62 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 16-da 49,39 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,49 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 16-da 50,32 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,55 dollar/barel çoxdur.