XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 10:33

Əhali 7 ayda məhsul və xidmətlərə 24 milyard manat xərcləyib –Statistika Komitəsi

2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 24,2 milyard manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 1,5 faiz artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri əvvəlki ilin yanvar-iyul aylarının səviyyəsini real ifadədə 1,7 faiz üstələyərək 23,2 milyard manata bərabər olub, 50,7 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.