XƏBƏR LENTİ

22 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 14:29

Bakının daha bir parkında pulsuz “Wi-Fi” –Cavid parkında havayı internet işə salındı

 

“Bakı Telefon Rabitəsi” MMC pulsuz "Wi-Fi" xidmətinin əhatə dairəsini Hüseyn Cavid parkınadək genişləndirib.

Bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə məlumat verib. Simsiz internet şəbəkəsinin genişləndirilməsi üzrə işlər mart ayından “İctimai Wi-Fi” layihəsi çərçivəsində aparılır. Hazırda bu şəbəkəyə “İçərişəhər” dövlət tarix-memarlıq qoruğu, Dənizkənarı Milli Park, Heydər Əliyev Mərkəzinin parkı, Qış parkı, Zabitlər, Sahil, Axundov, Sabir və Xaqani bağları daxildir.

Yaxın zamanlarda pulsuz "Wi-Fi" "Dədə Qoqrud" parkında da işə salınacaq.