XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 14:51

Banklar müştərilərini itirir –İyulda müştəri bazası 80 min nəfər azalıb

Azərbaycan bankları yeni antirekord vurub.

Təkcə ötən iyulda bankların müştəri bazası 80 min nəfər və ya 1,4% azalaraq, 5 612 810 nəfər olub. Bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilir. Bunlardan 5 534 553 nəfər və ya 98,6% fiziki şəxs, 78 257 və ya 1,4% hüquqi şəxsdir. Sahibkarlar 210 533 nəfər və ya bank müştərilərinin 3,8%-dir.

İyunda da belə olub: fiziki şəxs olan bank müştəriləri 1,4% azalıb, hüquqi şəxslər 0,4%, sahibkarlar 2,4% artıb. İlin əvvəlində kredit təşkilatlarının müştəri bazası 6 mln nəfərə yaxın olub. (Turan)