Bu il ölkədə 3765 şirkət fəaliyyətini dayandırıb
Bu ilin birinci rübündə iflasa uğramış hesab edilən Rusiya şirkətlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxalıb.
Strateq.az İnterfax.ru-ya isnadən xəbər verir ki, iflas haqqında Vahid federal reyestrinin məlumatı bu rəqəmin 3765-ə çatdığını bildirir.
Ekspertlərin sözlərinə görə, Rusiyada iflas sayının artması həm şirkətlərin əksəriyyətinin maliyyə durumunun pisləşməsi, həm də qanunvericilikdəki dəyişikliklərlə bağlıdır. Daha mühüm amil isə Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların doğurduğu maliyyə sıxıntılarıdır.