XƏBƏR LENTİ

21 Yanvar 2021
20 Yanvar 2021

Digər Xəbərlər

18 Avqust 2017 - 22:50

Kənd təsərrüfatı təyinatlı torpaqlar başqa məqsədlər üçün istismar olunur –Dövlət Komitəsi

 Əmlak Məsələləri Dövlət Komitəsi 2017-ci ildə dövlət, bələdiyyə və özəl sahələrdə torpaq qanunvericiliyinin pozulması halları üzrə 693 inzibati protokol tərtib edib.

Qurumun məlumatına görə, inzibati protokolların 35-i Bakının payına düşüb. Tərtib edilən protokollar əsasında 655 min manat cərimə tətbiq edilib. Müəyyən edilib ki, bir sıra hallarda torpaqlardan təyinatına uyğun istifadə edilmir, torpaq ayrılanda, kateqoriyası dəyişiləndə qanunvericilik pozulur. Bəzi hallarda kənd təsərrüfatı təyinatlı torpaqlar birbaşa məqsədləri ilə deyil, istehsalat, sənaye məqsədləri üçün istismar olunur. Belə torpaqlarda süni balıq gölləri, daş və gil-çınqıl karxanaları və sair obyektlər yaradılır. (Turan)