XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 December 2015 - 09:25

Beynəlxalq reytinq şirkəti Azərbaycan neftinin qiymətini 43 dollara saldı

mods.jpg

 

Beynəlxalq reytinq agentliyi Moody’s qlobal bazarda təklif çoxluğunun artmasını əsas götürərək 2016-cı il üçün neftin qiyməti ilə bağlı proqnozlarını aşağı salıb.

“Euronews.com” bildirir  ki, Moody’s gələn il üçün “Brent” markalı neftin bir barrelinin proqnoz qiymətini 53 dollardan 43 dollara salıb. Agentlik Qərbi Texas növü “Layt” (WTI) markalı xam neftin barrel qiyməti üzrə proqnozunu isə dəyişərək 48 dollar əvəzinə 40 dollar nəzərdə tutub.

Moody’s 2017-ci və 2018-ci illərdə xam neftin hər iki növündə qiymətin yalnız 5 dollar artacağı qənaətindədir.