XƏBƏR LENTİ

29 Sentyabr 2020

Digər Xəbərlər

16 Dekabr 2015 - 12:12

Türkiyə Rusiyanın sanksiyalarını sürətlə “yarır” – Daha bir ölkə ilə anlaşma oldu

Türkiyə Rusiya ilə yaşanan sanksiyalar səbəbindən yeni bazar axtarışlarını sürətlə davam etdirir. 

Strateq.az xəbər verir ki, orta Asiya, Baltikyanı və Şərqi Avropa ölkələri ilə də danışıqları gücləndirən Türkiyə artıq xeyli uğurlara da nail olub.

Bununla bağlı açıqlama verən Türkiyənin baş naziri Əhməd Davudoğlu deyib ki, artıq Bolqarıstanla ikitərəfli müqavilə bağlanıb. Müqaviləyə əsasən, iki ölkə arasındakı idxal-ixrac əməliyyatlarının artırılması nəzərdə tutulub: “Bu, bizə Bolqarıstanla illik 5 milyardlıq ticarət dövriyyəmizin 10 milyarda çatdırılması demək olacaqdır”.