XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

21 Avqust 2017 - 22:15

Azərbaycanın qızıl şirkəti yerli şirkətlərlə 1 milyon manatlıq müqaviləimzalayıb

"AzerGold" QSC mal, iş və xidmət satınalması üçün 1 mln məbləğində üç müqavilə imzalayıb.

"BestComp Group" MMC qızıl hasil edən şirkətə 211,5 min manatlıq informasiya texnologiyaları avadanlığı tədarük edəcək. Çovdar filiz emalı sahəsinin (ÇFES) cari təmir və abadlaşdırılması 592,7 min manata başa gələcək. Bu işləri "Zoom" şirkəti görəcək. ÇFES üçün ehtiyat hissələri və mal alınmasına 196,4 min manat ayrılıb. Bu tədarükü "Yasil-Vadi RMP" MMC həyata keçirəcək. (Turan)