XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 August 2017 - 13:47

Bu dövlət əmlakları özəlləşdirildi –SİYAHI

Bu gün Əmlak Məsələləri Dövlət Komitəsi növbəti hərrac keçirib.

Strateq.az Komitəyə istinadən xəbər verir ki, hərracda özəlləşdirilən əmlaklardan 6-sı kiçik dövlət müəssisəsi, 5-i istifadəsiz qeyri yaşayış sahəsi, 2-si isə nəqliyyat vasitəsidir:

"Bakı şəhəri üzrə 3 istifadəsiz qeyri yaşayış sahəsi, 2 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 6 kiçik dövlət müəssisəsi və 2 istifadəsiz qeyri yaşayış sahəsi özəlləşdirilib.

Hərraca çıxarılan bir sıra əmlaklar torpaq sahəsi ilə birgə özəlləşdirilib. Torpaq sahəsi ilə birgə özəlləşən əmlaklar, hərracda cəlb ediciliyini yüksəltməklə daha çox investor marağını artırır. Belə obyektlərə Sumqayıt şəhərində yerləşən “Şəfəq kafesi”, İmişli rayonunda olan “Tərəvəz Anbarı”, Göyçaydakı “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi” aiddir. Qeyd edilməlidir ki, “Şəfəq kafesi”nin torpaq sahəsi 320 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 121 kv.m, “Tərəvəz Anbarının torpaq sahəsi 574 kv.m, ümumi faydalı sahəsi isə 2234 kv.m, “Taxıl Məhsullarının emalı və satışı müəssisəsi”nin isə torpaq sahəsi 6452 kv.m, ümumi faydalı sahəsi 213 kv.m təşkil edir".

Regionlarda da hərraclar keçirilib. Hərracın gedişatı böyük monitorlar vasitəsilə canlı izlənilib. Qeyd edək ki, bölgələrdə özəlləşdirilən 6 kiçik dövlət müəssisəsinin 3-ü İmişlidə, qalanları isə Göyçayda, Xaçmazda, Sumqayıtda yerləşir.