XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

24 Avqust 2017 - 20:12

Ər-Riyadla Pekin arasında 11 anlaşma imzalanacaq –20 milyard büdcəsi olan fond yaradılır

Səudiyyə Ərəbistanı və Çin 20 milyard ABŞ dolları həcmində Müştərək İnvestisiya Fondu qurmağı planlaşdırır.

Bu açıqlamanı S.Ərəbistanın energetika naziri Xalid əl-Falih verib.

Nazir açıqlamasında bildirib ki, Fondda yaranan əlavə vəsait və gəlir iki ölkə arasında bərabər bölüşdürüləcək. Bununla yanaşı, tərəflər 20 mlrd. dollar həcmində 11 işgüzar anlaşma imzalayacaqlarını bildirib. 

Qeyd edək ki, bu ilin mart ayında S.Ərəbistanı və Çin 35 iri layihəni əhatə edən 65 mlrd. dollar dəyərində 14 anlaşma imzalayıb. Çinin xarici işlər naziri Çjan Minin sözlərinə görə, bu anlaşmalar investisiya, elmi-texniki sahə, infrastruktur layihələri, energetika sektoru, kosmos və s. sahələri əhatə edəcək.

Report