XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

26 Avqust 2017 - 09:22

Azərbaycan nefti cüzi ucuzlaşıb –Birja qiymətləri

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 53,88 dollar/barel təşkil edib ki, bu da ötən çərşənbə gününə olan göstəricidən 0,24 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib. FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 24-də 53,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 24-də 50,11 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,27 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 24-də 51,91 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar/barel azdır.