Qızılın qiyməti, dolların ucuzlaşması ilə əlaqədar olaraq qalxır.
Ötən həftə “Jackson Hole” konfransında ABŞ və Avropa mərkəzi banklarının sədrləri pul siyasətinə dair az ipucu verdilər. Pul siyasəti bazar üçün qeyri-müəyyəndir. Bu gün səhər qızılın unsiyasının qiyməti 1294.38 dollar olub. Qiymətli metal ötən həftə 0.7 faiz dəyər qazanıb. (Marja)