XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

19 December 2015 - 09:22

ABŞ tarixi qərarını verdi: Neft ixracına olan qadağanı ləğv etdi

 

neft-88.jpg

ABŞ neft ixracına olan qadağanı ləğv edib.

Azertag.az Ağ Evin yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı müddəa ABŞ prezidenti Barak Obamanın Konqres tərəfindən qəbul edilən 2016-cı il büdcəsində əks olunub.

Büdcənin həcmi 1,1 trilyon dollardır. 40 il qüvvədə olan qadağa 1975-ci ildən qüvvəyə minib. Qanun Yaxın Şərqdə baş verən münaqişə səbəbindən yaranan iqtisadi böhranla əlaqədar qəbul edilib. Ərəb dövlətləri 1973-cü ildə Qərb ölkələrinə neft ixracına embarqo qoyduqdan sonra ABŞ neft ixracını qanunla dayandırıb.

Amerika şirkətləri xaricə qaz satışını xüsusi lisenziya ilə həyata keçirəcək. Şirkətlərə bir gündə 500 min barrel neft ixrac etməyə icazə verilir.