XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

30 August 2017 - 11:21

Vergilər naziri yeni müşavir təyin etdi –Fazil Məmmədovun müşavirlərinin sayı 12 oldu

Habil Məmmədov Azərbaycan vergilər nazirinin büdcə proqnozlarının icrası üzrə müşaviri təyin edilib.

Trend-in məlumatına görə, H.Məmmədov Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin baş direktoru vəzifəsini də icra edəcək.

Qeyd edək ki, artıq vergilər nazirinin 12 müşaviri var: Ələkbər Məmmədov, Riyad Hüseynov, İlham Əmirəliyev, Taryel Quliyev, Elçin Məmmədov, Rəşad Həbibov, Firuz Həsənov, Əflatun Məmmədov, İlqar Əhmədov, Mahir Rəfiyev, Rahim Əfəndiyev, Habil Məmmədov.