XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

30 Avqust 2017 - 14:34

“Gazprom”un mənfəəti 80 faiz azalıb –Şirkət ilin ikinci rübündə 140 milyard rubl zərərə düşüb

Rusiyanın enerji nəhəngi “Gazprom” şirkətinin xalis mənfəətin bu ilin rübündə ötən ilin eyni dövrü ilə müqayisədə 80 faiz azalaraq 48 milyard rubla enib.

AZƏRTAC şirkətə istinadla xəbər verir ki, bu ilin ikinci rübündə şirkət gəlirləri ötən ilin müvafiq aylarına görə 4,5 faizlik artımla 1 trilyon 400 milyard rubla çatıb. Həmin dövrdə şirkətin xalis mənfəəti isə 80 faiz azalaraq 48 milyard rubla (təxminən 817 milyon dollar) düşüb. Açıqlamada, valyuta məzənnələrindəki dəyişiklik səbəbindən şirkətin bu ilin ikinci rübündə 140 milyard rubl zərər etdiyi bildirilib. Şirkətin dəqiq borcunun isə bu ilin ilk yarısında ötən illə müqayisədə 19 faiz artaraq 2,9 trilyon rubla yüksəldiyi qeyd edilib.

“Gazprom” builki təbii qaz istehsalını ötən illə müqayisədə 2,7 faiz artıraraq 430,4 milyard kubmetrə çatdırmağı hədəfləyir.