XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

21 Dekabr 2015 - 14:01

“Valyuta ehtiyatlarının sürətlə əriməsi prosesi müvəqqəti səngiyə bilər”

Kenan-Aslanli.jpg

Mərkəzi Bankın bugünkü devalvasiya qərarı ilə bağlı müzakirələr ara vermir. Müxtəlif şərh və rəylər səslənir. Əsas tənqid hədəfi isə Mərkəzi Bankdır. Mərkəzi Bank inadla susmaqda davam etsə də, ekspertlər açıqlamalarına ara vermirlər. İqtisadi ekspert Kənan Aslanlı da Mərkəzi Bankın devalvasiya qərarını şərh edib: “Mərkəzi Bank manatın təqribən 50% devalvasiyasına səbəb olan üzən məzənnə rejiminə keçilməsi barədə bugünkü qərarının 3 məqsədini belə sıralayır: (1) “tədiyyə balansının tarazlaşdırılması”; (2) “ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması”; (3) “milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması”. ölkənin valyuta ehtiyatlarının sürətlə əriməsi prosesi bəlkə də müvəqqəti səngiyə bilər (rəsmi valyuta ehtiyatları hələlik 8 aylıq idxalı qarşılayır). Amma neftin 35-40 dollar ətrafında dəyişən qiyməti, tədiyyə balansının cari əməliyyatlar və maliyyə hesabının indiki vəziyyəti, habelə güclü ixrac potensialı olmayan qeyri neft-qaz sektoru (qeyri neft-qaz ixracı üDM-in cəmi 2.7%-i qədərdir) yuxarıdakı 1-ci və 3-cü məqsədləri çətinləşdirir.

“Azərbaycan 2020: Gələcəyə Baxış” İnkişaf Konsepsiyasında qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac həcminin 1000 dollara çatdırılması hədəflənir, amma bu göstərici 2015-ci ilin 9 ayının yekunlarına görə hələki 116 dollardır.

Mərkəzi Bankın bəyanatında ən realist məqam güclənən xarici iqtisadi şokların “uzunmüddətli xarakter daşıması” müddəasıdır. Yəni 2016-cı ildə bizi hər baxımdan daha mürəkkəb bir vəziyyət gözləyir. ölkə “3 İ” sindromunun məngənəsində hələ bir müddət sıxılmağa davam edəcək: işsizlik, inflyasiya və inamsızlıq (o cümlədən, manata)”. 

Strateq.az