Avqust ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 484 min 700 ton Azərbaycan nefti nəql olunub.
Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, cari ilin yanvar-avqust aylarında bu kəmərlə 18 milyon 62 min 280 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il sentyabr ayının 1-ə qədər BTC-yə 339 milyon 600 min 342 ton neft vurulub. Bundan başqa, 2017-ci ilin avqust ayında BTC kəməri ilə 549 min 434 ton Türkmənistan nefti nəql olunub.