XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 September 2017 - 17:46

Problemli kreditlər həll olunmur-İl ərzində 308 milyon manat da artıb

Kredit qoyuluşlarında vaxtı keçmiş kreditlərin həcmi bu ilin avqust ayının 1-nə 1 mlrd. 812,8 mln. manat təşkil edib.

 "APA-Economics" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı statistikaya istinadən xəbər verir ki, iyulun 1-nə bu göstərici 1 mlrd. 810,7 mln. manat olub. Beləliklə, ay ərzində vaxtı keçmiş kreditlərin həcmi 0,11% və ya 2,1 mln. manat artıb.  Avqust 1-nə ümumi kredit qoyuluşlarında problemli kreditlərin payı 14,1% təşkil edib.

 2016-cı ilin avqustun 1-nə qeyri-işlək kreditlərin həcmi 1 mlrd. 504,4 mln. manat, onların ümumi kredit qoyuluşlarında (16 mlrd. 713,4 mln. manat) payı isə 9% olub. Müqayisə onu deməyə əsas verir ki, problemli kreditlərin həcmi il ərzində 20,5% və ya 308,4 mln. manat artıb.