XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 December 2015 - 10:10

“Məcburuq…” – Daha bir şirkət qiyməti qaldıracağını rəsmən bəyan etdi

“Azərbaycan Mərkəzi Bankın İdarə Heyətinin 21 dekabr 2015-ci il tarixində imzaladığı “üzən məzənnə” rejiminə keçilməsi barədə qərarına əsasən, manatın məzənnəsinin ABŞ dollarına nisbətən növbəti dəfə aşağı düşməsi “Veysəloğlu” şirkətinin distribyuterlik etdiyi məhsulların qiymətlərinə də təsirsiz ötüşməyəcək”.

Bu məlumat Strateq.az-a adıçəkilən şirkətdən daxil olub.

Bildirilib ki, şirkətin əsas fəaliyyəti idxal üzərində qurulduğundan ABŞ dollarının məzənnəsinin kəskin artması, şirkət üçün də bir sıra çətinliklər yaradıb:

“Hazırda şirkət özünün qiymət siyasətini yenidən nəzərdən keçirir. “Veysəloğlu” şirkətinin distribyuterlik etdiyi məhsulların qiymət siyasəti Mərkəzi Bankın üzən məzənnə siyasətinə əsasən, manatın məzənnəsinin dünya valyutasına konvertasiyasına uyğun olaraq, bazarın tələb və təklifinə nisbətini müəyyən edərək, həyata keçiriləcəkdir.

Bu gün hər hansı bir süni qiymət artımından söhbət gedə bilməz. Ancaq yaranmış mövcud durum qiymət siyasətinin manatın yeni məzənnəsinə uyğunlaşmasını zəruri edib”.