Dövlət Əmlak Məsələləri Komitəsi "Property" MMC-ni dövlət torpaqlarının bazar prinsipləri ilə qiymətləndirilməsi üzrə məsləhətçi seçib.
Bu şirkət səhmdar cəmiyyətlərə çevrilməklə özəlləşdiriləcək müəssisələrin nizamnamə kapitalının ölçüsünün müəyyən edilməsi üzrə idarənin mütəxəssislərinə məsləhətlər verəcək.
DƏMK konkret olaraq hansı torpaq sahələrindən və müəssisələrdən söhbət getdiyini dəqiqləşdirmir. Yalnız o məlumdur ki, "Property" qiymətləndirmə şirkəti öz xidmətlərinə görə 34,3 min manat alacaq. (Turan)