XƏBƏR LENTİ

19 Sentyabr 2020
18 Sentyabr 2020

Digər Xəbərlər

23 Dekabr 2015 - 07:11

“Valyutadəyişmə məntəqələrinin sayının azaldılması arzuolunan deyil” – İqtisadçı

“Hazırkı vəziyyətdə valyutadəyişmə məntəqələrinin sayının azaldılması arzuolunan deyil”.

Bunu AzVision.az-a açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.

İqtisadçının sözlərinə görə, qiymətləndirmələr onu göstəriri ki, bazar ertəsi baş verən devalivasiyadan və ya məzənnə siyasətindən ən çox əziyyət çəkən məhz valyutadəyişmə məntəqələri oldu: 

“Onlar şənbə, bazar günləri dollar satırlar. Digər günlərdə isə dolları şənbə, bazar kursu ilə Mərkəzi Banka sataraq faiz əldə edirdilər. Amma yeni kurs olduğuna görə, həmin valyutadəyişmə məntəqələri gəlir əldə etməkdən məhrum olurlar və bir qisim valyutadəyişmə məntəqələri ciddi ziyanla üzləşir. Birinci devalvasiyadan sonra valyutadəyişmə məntəqələrinin sayında azalma oldu. Onların bir qismi Mərkəzi Bankın 2%-lik tələbini pozduğuna görə, lisenziyadan məhrum edildi. Digər qismi isə ciddi ziyanla üzləşdiklərinə görə, fəaliyyətlərini dayandırdılar”. 

V.Bayramov hesab edir ki, hazırkı vəziyyətdə valyutadəyişmə məntəqələrinin sayının azalması o qədər də arzulanan deyil. çünki valyutadəyişmə məntəqələri nə qədər çox olsa, bir o qədər rəqabət yaranır və real kursu müəyyənləşdirmək asan olar. Dollara tələb və təklifin daha əhəmiyyətli olmasına baxmayaraq, kursu bazarın müəyyənləşdirdiyini deyən ekspertin sözlərinə görə, hazırda rəqabət çox güclü olmalıdır: “Diqqət yetirsək görərik ki, hansı yerlərdə valyutadəyişmə məntəqələrinin sayı çoxdur, orada məzənnə daha realdır. Valyutadəyişmə məntəqələri gəlir əldə etmədikləri üçün fəaliyyətlərini dayandıra bilərlər”