XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 September 2017 - 11:43

Xoşbəxt Yusifzadə yataqda nə qədər neft olduğunu açıqladı:“Bu, hələ son rəqəm deyil”

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, “Çıraq” və “Günəşli” yataqlar blokunun (AÇG) ehtiyatlarının artması ehtimalı var.

AZƏRTAC xəbər verir ki, bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə deyib. O bildirib ki, AÇG-də böyük ehtiyatlar mövcuddur və burada hələ görüləcək çox iş var: “İndiyədək AÇG-dən 436 milyon ton neft hasil edilib və blokun çıxarılmamış ehtiyatları 500 milyon ton həcmində qiymətləndirilir. Lakin bu hələ son rəqəm deyil. Yataqların ehtiyatının atması ehtimalı var”.