XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 18:01

“Azercell”, “Bakcell” və “NAR” 8 ayda 552 milyon manat qazanıb –Statistika Komitəsi

2017-ci ilin yanvar-avqust ayları ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri 1 mlrd. 109,9 mln. manatlıq xidmət göstərib ki, onun da 72,3%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 5,1 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,1%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,8%-i və ya 552,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.