XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

15 Sentyabr 2017 - 22:15

Meyvə və tərəvəz ixracı neft məhsullarını üstələyib –RƏQƏMLƏR

Bu ilin səkkiz ayında Azərbaycan xaricə 310,5 min ton meyvə və tərəvəz ixrac edib ki, bu da 2016-cı ilin müfaviq dövründən 63,5% çoxdur.

Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir. İxracın həcmi dəyər ifadəsində ötən ilin həmin dövrünün göstəricisini 42,7% üstələyib. DGK-nın göstəricilərinə əsasən həcmə görə meyvə və tərəvəz ixracı ( $269,5 mln.) neft məhsullarının ixracını $44,6 mln. üstələyir. Bu il Azərbaycan ölkə xaricinə 583,6 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ildə olduğundan 41% azdır. Qeyri-neft ixracı strukturunda meyvə və tərəvəzin xüsusi çəkisi 28% təşkil edir.

İxrac artımı ölkə daxilində meyvə-tərəvəzin qiymətinə təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən qiymətlər bir neçə faiz artıb.