"Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi çərçivəsində Azərbaycan ixracatçılarına 2 milyon manatadək vəsait ödənilib.
Azərtac xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
"Bu ilin 8 ayı ərzində kənd təsərrüfatı məhsullarının ixracı sahəsində 37 faiz, sənaye məhsullarının ixracı sahəsində isə 25,4 faiz artım müşahidə olunub. Bununla yanaşı, ixrac olunan məhsulların çeşidi 17 faiz artıb”, – deyə nazir müavini bildirib.