XƏBƏR LENTİ

09 Avqust 2020
08 Avqust 2020

Digər Xəbərlər

09 Aprel 2015 - 10:18

Çin İrandan Pakistana qaz kəməri çəkəcək

Layihənin dəyəri 1,5-1,8 milyard dollardır

ABŞ-ın etirazına baxmayaraq, çin Pakistandakı çoxillik enerji qıtığı problemini həll etmək üçün İrandan Pakistana 700 kilometr uzunluğunda qaz kəməri çəkməyə hazırlaşır.

Strateq.az xarici KİV-ə isnadən bildirir ki, çin Xalq Respublikasının sədri Si Szinpinin bu ay İslamabada rəsmi səfəri zamanı münasib sənədlər imzalanacaq. Kəmərin inşası ilə çin Milli Neft Şirkəti (China National Petroleum Corporation) məşğul olacaq.

Ekspertlərin hesablamasına görə, layihənin gerçəkləşməsi üçün lazım olan maliyyə 1,5-1,8 milyard dollar təşkil edir. Gözlənildiyi kimi, bu vəsaitin 85%-ini çin kredit kimi qoyacaq, qalan hissəni isə Pakistan tərəfi ödəməlidir.

Layihənin gerçəkləşməsi, təxminən, iki il çəkəcək.