XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2017 - 22:47

Bakıda evlərin qiyməti bahalaşacaq? –Ekspertdən proqnoz

Oktyabr-noyabr aylarında Bakıda daşınmaz əmlak bazarında qiymətlərin artacağı proqnozlaşdırılır.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov Trend-ə deyib ki, sentyabr ayında qiymətlərdə stabilləşmə olur, ancaq oktyabr-noyabr aylarında artım olur.

O qeyd edib ki, bu baxımdan sentyabr ayının yekunu qiymət artımı ehtimal edilmir, ancaq oktyabr-noyabr aylarında danşınmaz əmlak bazarında 4 faizə yaxın qiymət artımının olacağı proqnozlaşdırılır.

N.İbrahimov əlavə edib ki, həm ilkin, həm də təkrar mənzil bazarında da qiymətlərin artacağı istisna deyil.

Ekspertin sözlərinə görə, avqust ayında ilkin mənzil bazarında qiymətlər 2 faiz azalıb, təkrar mənzil bazarında isə qiymətlər 1,65 faiz artıb.