XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

24 Dekabr 2015 - 18:27

Spirtli içkilərlə bağlı qanunlar daha da sərtləşdiriləcək

Azərbaycanda spirtli içkilərə qoyulan vergilər artırılacaq.

Bu, Azərbaycan prezidenti İlham Əliyevin 23 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”da əksini tapıb.

Strategiyaya əsasən 2016-2017-ci illər ərzində spirtli içkilərdən sui-istifadənin azaldılması üçün pərakəndə satılan spirtli içkilərin uşaqlar üçün əlçatanlığının məhdudlaşdırılması, spirtli içkilərin reklamına qoyulan məhdudiyyət və qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərin təsiri altında nəqliyyat vasitələrinin idarə olunmasına qoyulan qadağaların işləməsinin təmin edilməsi, spirtli içkilərə qoyulan vergilərin artırılması, spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yeniləşdirilməsi nəzərə alınmaqla qanunvericilik təkmilləşdiriləcək.

APA