XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 07:50

Mərkəzi Bank banklara qarşı tələbləri zəiflədəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin sonunadək kapitalın adekvatlılıq əmsalı həcminin 12 faizdən 10-dək azaldılmasını planlaşdırır.

Bu barədə “Trend” “Fitch Ratings” beynəlxalq reytinq agentliyinə istinadən məlumat verir: “Manatın məzənnəsinin kəskin aşağı düşməsi risk səviyyəsi üzrə ölçülmüş xarici valyutada inflyasiya vasitəsilə kapitalın kifayətliliyinə zərbə vurub və bəzi hallarda bu, pulköçürmələr üzrə əhəmiyyətli itkilərə gətirib çıxaracaq”.

Hesabat müəlliflərinin fikrincə, bəzi banklar kapitalın adekvatlılığına qarşı tələbləri poza bilər. Lakin “Fitch” güman edir ki, tənzimləyici normativ tələbin pozulmasına “göz yumacaq” və səhmdarlara kapitalın kifayətliliyinə qarşı tələblərə uyğunlaşmaq üçün bankların kapitalına əlavə daxilolmalar məqsədilə vaxt verəcək: “Bu fikir onunla əsaslanır ki, Mərkəzi Bank fevral devalvasiyasından sonra banklara artıq belə bir imkan vermişdi”.