XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 September 2017 - 13:23

Mərkəzi Bank qiymət sabitliyi ilə bağlı məsuliyyəti üzərinə götürür –Yeni rejimə keçəcək

Ortamüddətli perspektivdə Azərbaycan Mərkəzi Bankı inflyasiyanın hədəflənməsi rejiminə keçəcək.

Bunu Trend-ə Mərkəzi Bankın sədr müavini Alim Quliyev deyib.

Onun sözlərinə görə, bu, manatın üzən məzənnə rejiminə keçidinin məntiqi davamı olacaq.

Strateq.az bildirir ki,  “İnflyasiyanın hədəflənməsi” qiymətlərin sabitliyinin əsas hədəf kimi götürüldüyü pul siyasəti rejimidir. Bu rejimin tətbiqi zamanı Mərkəzi Bank qiymətlərin sabitliyi üçün yüksək dərəcədə məsuliyyət daşıyır.