XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 16:43

Mərkəzi Bankın dollar krediti ilə bağlı təklif etdiyi “restrukturizasiya” nə deməkdir? – İzahat

dollar tele.jpg

Məlum olduğu kimi, Mərkəzi Bankda bu gün keçirilən görüşdə manatın devalvasiyaya uğramasından sonra bankların problemli aktivlərinin kəskin artması və bank sektorundakı konsolidasiya prosesi müzakirə olunub.

Mərkəzi Bank banklara dollarla krediti olan müştərilərin kreditlərinin restrukturizasiyasını aparmağı tövsiyə edib.

Bəs bu çətin tələffüz olunan “restrukturizasiya” nə deməkdir?

Strateq.az bildirir ki, Borcun Restrukturizasiyası – defolt halında olan, yəni öz borcunu ödəyə bilməyən borcalana qarşı tətbiq edilən ölçü vasitəsidir.

Restrukturizasiyanın bir neçə növü vardır, onlar həm ayrılıqda, həm də kompleks şəkildə tətbiq edilə bilər.

ödənişin müddətlərinin və həcminin dəyişdirilməsi;

Borcun bir hissəsinin mülkiyyətdə paya dəyişdirilməsi;

Borcun bir hissəsinin silinməsi.

Restrukturizasiya müxtəlif borcalanların defoltu zamanı tətbiq edilə bilər.

İlk növbədə, dövlət borcunun restrukturizasiyası – danışıqlar sayəsində mümkün olan bir prosesdir. Bu prosesdə beynəlxalq maliyyə təşkilatları iştirak edir. Misal üçün, Beynəlxalq Valyuta Fondu, Avropa Bankı və s.

Beynəlxalq hüquqa əsasən hər hansı bir dövlət bankrot elan edilə bilməz, belə ki, onun suverenliyi vardır. Bu halda onun mülkünün sonradan satılması məqsədi ilə intervensiya etmək mümkün deyil.

Belə hallarda beynəlxalq kreditorlar birliyi belə bir sual qarşısında qalır, ya ümumiyyətlə borcalandan heç nə ala bilməmək ya da borcun restrukturizasiya şərtlərində razılığa gəlmək.

Bundan əlavə, hələ ölkə rəsmi şəkildə defolt elan edilməmişdən öncə həmin ölkədə elə bir situasiya yarana bilər ki, bunun nəticəsində sosial partlayış baş verər. Belə halda isə borcun tamamilə qaytarılması ehtimalı daha az inandırıcı görünür.

Belə bir restrukturizasiyaya nümunə kimi 2011-ci ilin Brüssel sazişini göstərmək olar. Bu zaman kreditorlar Yunanıstanın borcunun 50%-ni silməyi təklif etmişdi.

Bir sıra hallarda borc mükəlləfiyyətini azaltmaq üçün, ölkə hər hansı bir mülkün ötürülməsini həyata keçirə bilər. Məsələn, səhmləri dövlətə məxsus olan bir müəssisənin səhm paktının verilməsi və ya hər hansı bir xammal yatağında işləmək və emal icazəsi.

İkinci halda restrukturizasiya kommersiya təşkilatının, o cümlədən də bankın defoltu zamanı həyata keçirilə bilər.

Bir qayda olaraq, hər hansı bir şirkətin müflis elan edilməsi uzunsürən və bahalı bir prosesdir.

Bir çox qanunvericiliklərə əsasən, uzunmüddətli qiymətli kağızlara malik olan və problemli şirkətlərə kredit verən təşkilatlar likvidasiya zamanı növbəlilik prinsipində ilk yerdə gələn orqanlar hesab olunmur.

Belə situasiyada borcverənlər məbləğin heç olmasa hər hansı bir hissəsini qaytarmaq üçün bəzən gəlirdən və hətta kreditin nominal dəyərindən belə imtina etməyə razı olur. Belə halda korporativ borcun restrukturlaşması haqqında saziş imzalana bilər.

Bundan əlavə, kampaniyanın borcunun restukturlaşdırılması zamanı borc öhdəliklərini paylı qiymətli kağızlar ilə dəyişmək olar. Bunun nəticəsində kreditor həmin müəssisənin şərikinə, ya da tamamilə sahibinə çevrilə bilər.

Bank sektorunda borcun restrukturlaşdırılması bir qayda olaraq, bankın sağlamlaşıdırlması (sanasiya) prosedurlarının bir hissəsi olur. Bu tədbirlər Mərkəzi Bank və ya “Əmanətlərin Sığortalanması Fondu” tərəfindən nizamlanır.

üçüncü halda, fərdi borcalanların kreditlərinin restrukturlaşdırılması mümkündür. Bank üçün bu, əlavə xərclərlə müşahidə olunan məhkəmə proseslərindən yayınmaq vasitəsidir. Bu zaman kredit təşkilatları adətən peniya və cərimələrin silinməsinə razılaşır. Lakin praktikada borcun əsas məbləğinin azalmasına onlar heç vaxt yol vermir.

İstənilən bir borcun restrukturlaşdırılması, istər dövlət borcu olsun, istər də korporativ, borcalanın reputasiyasına mənfi təsir göstərir. Gələcəkdə onları kreditləşdirməkdən tam imtina edilə bilər və ya şərtlər daha sərt tətbiq edilə bilər.