XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

26 Dekabr 2015 - 12:27

Valyutadəyişmə məntəqələrində son durum – Mərkəzi Bankın tələbinə əməl edilirmi?

Report.az agentliyinin analitik qrupu Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində nağd valyutanın alış-satış məzənnəsi üzrə növbəti monitorinqi keçirib.

Monitorinqin nəticələrinə görə, dolların ən yaxşı alış məzənnəsi 1,57 AZN/USD, ən yaxşı satış məzənnəsi isə 1,560 AZN/USD olub. Bəzi valyutadəyişmə məntəqələrində isə hətta 1,562 AZN/USD manatla da dollar satışı həyata keçirilir.

Qeyd edək ki, mövcud qanunvericiliyə əsasən, valyuta mübadilə məntəqələri alış-satış əməliyyatlarını maksimum 2%-lik marja ilə apara bilər. Yəni valyutanın müştərilərdən alış qiyməti rəsmi məzənnədən maksimum 2% az, satışında isə maksimum 2% çox ola bilər.

Nəzərə alsaq ki, manatın rəsmi məzənnəsi 1,5540 AZN/USD müəyyən edilib və müvafiq qanunvericiliyə görə, minimal alış dəyəri 1,5230 AZN/USD, maksimal satış dəyəri isə 1,5850 AZN/USD olmalıdır.

Müşahidələr onu göstərib ki, bu gün bir çox valyutadəyişmə məntəqələri vaxtından tez bağlanıb.