XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

26 Sentyabr 2017 - 16:15

İcraçı direktor:“TAP Balkan və Qərbi Avropada 7 milyon ailəni qazla təchiz edəcək”

 “Trans Adriatik Boru Kəməri (TAP) layihəsi İtaliya və Avropa üçün strateji əhəmiyyətə malikdir”.

Bunu TAP AG-nin icraçı direktoru Luka Şipati (Luca Schieppati) Milanda keçirilən İtaliya Enerji Sammitində çıxış edərkən deyib.

L.Şipati TAP-ın region üçün əhəmiyyəti haqqında da danışıb:

“TAP qaz bazarında daha çevik və təhlükəsiz qaz təchizatı baxımından əhəmiyyət daşıyır. Həmçinin Balkan və Qərbi Avropada, təxminən, 7 mln. ailənin qaz tələbatı ödəniləcək”.

Xatırladaq ki, "Şahdəniz" konsorsiumu iki il ərzində müxtəlif seçim variantlarını nəzərdən keçirdikdən sonra 2013-cü il iyunun 28-də TAP kəmərini seçdiyini rəsmən açıqlayıb. Boru kəmərinin ümumi uzunluğu 878 km-dir. Bunun da 550 km-i Yunanıstan ərazisini, 215 km-i Albaniyanı, 105 km-i Adriatik dənizini, 8 km-i isə Cənubi İtaliyanı əhatə edəcək. Boru kəmərinin ən yüksək nöqtəsi Albaniya dağlarında (1 800 m), ən aşağı hissəsi isə (-820 m) dənizin dibində olacaq.

2016-cı il mayın 17-də Yunanıstanın Saloniki şəhərində TAP-ın təməlqoyma mərasimi keçirilib. 2020-ci ildə Azərbaycan qazının Avropaya çatdırılacağı nəzərdə tutulur.

TAP-ın səhmdarları rolunda BP (20%), SOCAR (20%), "Snam S.p.A." (20%), "Fluxys" (19%), "Enagas" (16%) və "Axpo" (5%) şirkətləri çıxış edir/Report.